Türkiyədə davam edən narkotik əməliyyatları çərçivəsində məşhur aktrisa Alina Bozun həyat yoldaşı, iş adamı və tanınmış məkan operatoru Umut Evirgen polis tərəfindən saxlanılıb.
Musavat.com xəbər verir ki, Evirgen “Palamut zamanı” adlı tamaşanı izləmək üçün Zorlu Performans Sanatları Mərkəzinə (Zorlu PSM) gedərkən polis tərəfindən saxlanılıb.
Daha sonra onun evində də reyd aparılıb. Evirgen ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
İş adamına qarşı iddialar arasında narkotik maddələrin istifadəsi üçün məkan təmin etmək kimi ittihamlar yer alır və bu səbəbdən də onun adı davam edən araşdırma siyahısına daxil edilib.
Könül
Musavat.com






