İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniyada 20 minə yaxın patron oğurlandı

748 02.12.2025 02:24 Dünya A A

Almaniyada Bundesverə məxsus təxminən 20 min patronun mülki yük maşınından oğurlandığı bildirilib.

Musavat.com xəbər verir ki, hadisə barədə məlumatı Spiegel yayıb.

Məlumata görə, Almaniya Silahlı Qüvvələrinin icarəyə götürdüyü mülki nəqliyyat şirkətinin sürücüsü döyüş sursatı ilə dolu yük maşınını nəzarətsiz, mühafizəsiz dayanacaqda saxlayıb. Sürücü yalnız ertəsi gün yaxınlıqdakı kazarmaya çatanda patron dolu yeşiklərin yoxa çıxdığını görüb.

Almaniya Müdafiə Nazirliyi bildirib ki, təhlükəsiz daşınma qaydalarına əsasən belə yüklərin daşınmasına həmişə iki sürücü cəlb edilməlidir — biri maşını idarə edir, digəri yüklə bağlı nəzarəti təmin edir. Bildirilir ki, bu halda yeganə sürücü yük maşınını qoyub oteldə gecələməyə gedib.

Oğurlanan sursatın tərkibi belədir:

– təxminən 10 min patron tapançalar üçün,
– 9 900 patron avtomatlar üçün,
– “dumansöndürən” tipli xüsusi patronlar.

Bundesver və polis hadisənin əvvəldən planlaşdırılmış oğurluq olduğunu hesab edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR