İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp üçüncü dəfə prezident olmaq istəyini açıqladı: Bu dəfə lap yaxşı olacaq...

662 25.07.2026 09:00 Dünya A A

Amerika prezidenti Donald Tramp bir daha ABŞ prezidenti kimi üçüncü müddətə yenidən seçilmək ehtimalını dilə gətirib.

Musavat.com xəbər verir ki, o, bu barədə Ağ Ev Müxbirləri Assosiasiyası üçün keçirilən qəbulda danışıb: "Prezidentlik müddətim kimi, ikinci dəfə də daha yaxşıdır. Həmişə ikinci dəfə daha yaxşıdır. Üçüncü dəfə isə lap yaxşı olacaq". "Zarafat edirəm", - deyə Tramp əlavə edib.

Daha sonra çıxışı zamanı Tramp 2028-ci ildə keçiriləcək növbəti ABŞ seçkilərində prezidentliyə namizədliyini irəli sürmək niyyətini də təkrarlayıb. O, üzərində "Tramp 2028" sözləri yazılmış qırmızı papaq taxıb və bu, tamaşaçıların gülüşünə səbəb olub. Amerika lideri bir daha ciddi olmadığını açıqlayıb.

Qanuna görə, Trampın prezident kimi ikinci müddətinin 2029-cu ilin yanvarında başa çatması planlaşdırılır. 1951-ci ildə qəbul edilmiş ABŞ Konstitusiyasına 22-ci düzəliş prezidentin iki müddətdən sonra yenidən seçilmək ehtimalını məhdudlaşdırır. Buna baxmayaraq, hazırkı Amerika lideri dəfələrlə üçüncü müddətə yenidən seçilmək ehtimalını dilə gətirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR