Rusiyalı tennisçi Mirra Andreyeva matç zamanı diqqətçəkən addımı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Andreyeva kortun üzərində hərəkətsiz vəziyyətdə olan arını görərək oyuna qısa fasilə verib. O, arını raketi ilə ehtiyatla götürərək kortdan kənara çıxarıb.
Tennisçinin bu addımı tribunalardakı azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.






