Arıqlamaq istəyənlər üçün elm maraqlı və əlçatan bir çıxış yolu göstərib. Son araşdırmalar çia (ispan adaçayı toxumu) toxumlarının iştahanı azaltmaq və qida qəbuluna nəzarəti asanlaşdırmaq potensialına malik olduğunu ortaya qoyub.
Musavat.com xəbər verir ki, mütəxəssislər bu xüsusiyyətlərinə görə çia toxumlarını şərti olaraq “təbii Ozempik” adlandırırlar.
Araşdırmalara əsasən, çia (ispan adaçayı toxumu) maye ilə təmasda olduqda şişir və mədədə doluluq hissi yaradır. Bu proses orqanizmdə “toxluq siqnalları”nın aktivləşməsinə səbəb olur ki, nəticədə insan daha tez doyur və yeməyə olan istək azalır.
Mütəxəssislər bildirir ki, çia toxumları təkcə arıqlama prosesinə deyil, ümumi sağlamlığa da müsbət təsir göstərir. Bu superqida:
orqanizm üçün vacib amin turşuları,
ürək-damar sistemi üçün faydalı Omeqa-3 yağları,
həzm sistemini dəstəkləyən liflərlə zəngindir.
Araşdırma müəlliflərinin fikrincə, effekt əldə etmək üçün gündə cəmi bir xörək qaşığı çia (ispan adaçayı toxumu) kifayətdir. Sadə istifadəsi və əlçatanlığı bu məhsulu arıqlamaq istəyənlər üçün ideal seçimə çevirir.
Musavat.com






