İnsanlara hürriyət, millətlərə istiqlal!

Arxayın şəkildə yolu keçən piyada qəza qurbanı oldu- VİDEO

1077 27.04.2026 11:22 Hadisə A A

Piyada məsuliyyətsizliyi ağır qəzaya səbəb olub.

Musavat.com xəbər verir ki, bununla bağlı görüntüləri Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yayıb. 

Bildirilib ki, xüsusilə çoxzolaqlı və yüksək sürət rejimi tətbiq olunan yollarda qaydalara əməl etmədən, piyada keçidlərindən istifadə etmədən yolu keçmək ciddi təhlükə yaradır. Belə hallarda baş verən ağır yol-nəqliyyat hadisələri təsadüfi deyil, qayda pozuntusu  nəticəsində yaranır. 

“Öz həyatınızı riskə atmayın, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçin, diqqətli və məsuliyyətli davranın. Çünk yolda təhlükəsizlik hər kəsin özündən başlayır”, - məlumatda qeyd edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR