İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda İran qorxusu

728 21.07.2026 14:09 Son xəbər A A

ABŞ ilə İran arasında müharibənin uzanması Ermənistanda ciddi narahatlıq doğurur. İrəvanda hesab edirlər ki, qarşıdurmanın uzunmüddətli xarakter alması ölkənin İran üzərindən kommunikasiyalarına, nəqliyyat və yanacaq qiymətlərinə təsir göstərə, eyni zamanda Cənubi Qafqazda mövcud qüvvələr balansını dəyişə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin keçmiş rəhbəri Davit Ananyan bildirib.

Ananyan “The Economist”in ABŞ-İran müharibəsi ilə bağlı son qiymətləndirmələrinə diqqət çəkib. Nəşrin qənaətinə görə, İranla müharibə ABŞ prezidenti Donald Tramp üçün artıq yalnız xarici siyasət problemi deyil, ciddi daxili siyasi yükə də çevrilib. ABŞ cəmiyyətində müharibənin konkret məqsədinin, ölçülə bilən nəticəsinin və qarşıdurmadan real çıxış strategiyasının olmadığı barədə fikirlər güclənir.

Ananyanın sözlərinə görə, amerikalıların əhəmiyyətli hissəsi artıq müharibənin qələbə və ya məğlubiyyətlə nəticələnəcəyindən daha çox onun uzun müddət davam edəcəyini düşünür. Eyni zamanda Vaşinqtonun bu qarşıdurmanı necə başa çatdıracağına dair aydın strategiyasının olmadığı qənaəti formalaşır.

Xüsusilə Ermənistanın cənub istiqamətindəki kommunikasiya xətlərinin fəaliyyətində problemlərin yaranması, yükdaşımaların bahalaşması və yanacağın qiymətinin artması mümkün risklər sırasında göstərilir.

Ermənistanda daha ciddi narahatlıq doğuran digər məsələ isə İran ətrafında baş verəcək proseslərin bütün Cənubi Qafqazdakı qüvvələr balansına mümkün təsiridir. Ananyanın fikrincə, uzunmüddətli ABŞ-İran müharibəsi regionda mövcud geosiyasi vəziyyətin dəyişməsinə gətirib çıxara bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR