İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı öz təhlükəsizlik strategiyasını hazırlayacaq

479 15.01.2026 09:06 Siyasət A A

Avropa İttifaqı bu il öz təhlükəsizlik strategiyasını təqdim etməyi planlaşdırır.

Musavat.com Euractiv portalına istinadən xəbər verir ki, məlumatı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen üzvü olduğu Avropa Xalq Partiyasının (EPP) üzvləri ilə qapalı görüş zamanı açıqlayıb: "Biz bilirik ki, güclü olmalıyıq və güc vacibdir. Biz hərbi güc mərkəzi deyilik, amma buna çalışırıq".

Layihə AK-nın 2026-cı il iş proqramına daxil edilməyib. Von der Lyayenin şərhləri Danimarka və Qrenlandiya nümayəndə heyətləri ilə adaya iddialarını dəfələrlə bildirən ABŞ administrasiyasının nümayəndələri arasında görüşdən əvvəl edilib.

Qeyd edək ki, dünən Danimarka və Qrenlandiya xarici işlər nazirləri Lars Løkke Rasmussen və Viviane Motzfeldt Vaşinqtonda ABŞ-ın vitse-prezidenti J.D. Venc və ABŞ dövlət katibi Marko Rubio ilə görüşüblər. Rasmussenin daha sonra bildirdiyi kimi, Danimarka bu məsləhətləşmələr zamanı ABŞ-ı Qrenlandiyanı ilhaq etmək istəyindən əl çəkməyə inandıra bilməyib.

Danimarka xarici işlər naziri həmçinin bildirib ki, nə Rusiya, nə də Çin Qrenlandiya bölgəsində təhlükəsizlik təhdidi yaratmır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR