İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqında ən bahalı ölkə müəyyənləşdi

1808 19.06.2026 03:32 Maraqlı A A

2025-ci ildə Danimarkada mal və xidmətlərin qiymət səviyyəsi Avropa İttifaqında (Aİ) ən yüksək göstəriciyə çataraq Aİ üzrə orta səviyyənin 140%-ni təşkil edib.

Məlumata görə, İrlandiyada analoji göstərici 136%, Lüksemburqda isə 132% olub. Ən aşağı qiymət səviyyələri isə Bolqarıstanda (63%), Rumıniyada (65%) və Polşada (73%) qeydə alınıb.

Bildirilib ki, ötən il ev təsərrüfatlarının ən böyük xərc maddəsi olan mənzil xərcləri İrlandiyada Aİ üzrə orta göstəricinin 190%-nə çatdığı halda, Bolqarıstanda bu rəqəm cəmi 41% təşkil edib.

Əhəmiyyətinə görə ikinci əsas xərc kateqoriyası qida məhsulları və alkoqolsuz içkilər olub. Bu sahədə ən yüksək qiymətlər Lüksemburqda (Aİ üzrə orta səviyyənin 122%-i), ən aşağı qiymətlər isə Rumıniyada (80%-i) qeydə alınıb.//Oxu.Az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR