İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Komissiyası hərbi sifarişlər üçün daha 150 milyard avro ayıracaq

241 12.12.2025 09:22 Dünya A A

Avropa Komissiyası (AK) 150 milyard avroluq yeni Aİ hərbi investisiya proqramı hazırlayır.

Musavat.com xəbər verir ki, Reuters bu məlumatı Avropa Komissiyasındakı mənbələrə istinadən yayıb. Bildirilir ki, Aİ-nin ilk belə proqram olan SAFE (əvvəllər "Rearm AU") proqramında dövlətlərin iştirakçılığı çox yüksək olub.

Daha əvvəl Brüsseldə "Politico" qəzeti tərəfindən təşkil edilən tədbirdə çıxış edən Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, Aİ ölkələri "SAFE maliyyələşdirilməsi üçün o qədər çox müraciət təqdim ediblər ki, onların bir çoxu "ikinci belə proqramı tələb edib".

AK-nın SAFE proqramı Rusiya ilə hərbi münaqişəyə hazırlıq məqsədilə Aİ ölkələri tərəfindən silah istehsalı və birgə satın alınması ilə bağlı layihələr üçün Aİ büdcəsindən 150 milyard avro maliyyələşdirməyi hədəfləyir. Proqram 2025-ci ilin əvvəlində başlayıb. Payızın sonuna qədər 27 Aİ ölkəsindən 19-u müraciət edərək Avropa Komissiyasına 691 hərbi layihə təqdim edib və bununla da 150 milyard avroluq maliyyələşdirməni tamamilə başa vurub. Müdafiə üzrə Avropa komissarı Andrius Kubilius daha əvvəl bildirib ki, bu layihələr əsasən mərmilərin, raketlərin və hava hücumundan müdafiə sistemlərinin, eləcə də dronların və əks tədbirlərin istehsalına və tədarükünə yönəlib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR