İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderləri Trampla Ukraynanı müzakirə ediblər

410 10.12.2025 23:23 Dünya A A

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Ukraynadakı vəziyyətlə bağlı telefon danışığı aparıblar.

"Report" xəbər verir ki, bu barədə "Sky News"a hökumətdəki mənbə təsdiqləyib.

Mənbənin məlumatına görə, söhbət zamanı liderlər ABŞ-ın rəhbərlik etdiyi sülh təşəbbüsü üzrə danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. "Aİ-3" liderləri Vaşinqtonun Ukraynada ədalətli və davamlı sülhə nail olmaq səylərini alqışlayıblar.

"Yaxın günlərdə sülh planı üzərində intensiv iş davam etdiriləcək", - mənbə əlavə edib.

Bretaniyada ictimai müzakirələrdə çıxış edən Makron onların söhbətinin təxminən 40 dəqiqə davam etdiyini bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR