İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa liderlərinin fövqəladə toplantısı – Rusiyanın iddiaları hər kəsi hərəkətə gətirdi

1263 31.12.2025 01:02 Siyasət A A

Avropa liderləri Rusiyanın Vladimir Putinin Valdaydakı iqamətgahına hücuma dair iddilarından sonra Ukrayna ilə bağlı təcili görüş keçiriblər.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, görüşdə Almaniya kansleri Fridrix Merts, Polşa Baş naziri Donald Tusk, Finlandiya Prezidenti Aleksandr Stubb, Hollandiyanın Baş naziri Dik Şuf və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iştirak ediblər.

İştirakçılar Ukraynanın şərqindəki vəziyyəti və müttəfiq dövlətlərin təhlükəsizliyinin gücləndirilməsini müzakirə ediblər. Xüsusilə Hollandiyanın Baş naziri Dik Şuf bildirib ki, Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri üzərində iş fasiləsiz davam edir. Onun sözlərinə görə, "İstəklilər Koalisiyası" ölkələri gələn həftənin əvvəlində yeni görüş planlaşdırırlar.

Avropadakı müzakirələr son günlərdə aktiv diplomatiya fonunda baş tutub. 28 dekabrda Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahını ziyarət edib və bundan sonra Tramp Ukraynadakı müharibənin həllində "əhəmiyyətli irəliləyiş" olduğunu bildirib.

Eyni zamanda Kreml Ukraynadakı müharibəyə son qoymaq üçün real istək göstərmir. Bundan əlavə, Vladimir Putin yeni Ukrayna ərazisini ələ keçirmək niyyətində olduğunu bildirib və Rusiya Xarici İşlər Nazirliyi uydurma dron hücumuna cavab veriləcəyi ilə hədələyib. Kreml Rusiyanın danışıqlar mövqeyini "sərtləşdirəcəyini" açıqlayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR