İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Trampın Ukrayna planında gizli təhlükə görür: Kreml üçün “Troya atı”?

428 13.12.2025 16:07 Dünya A A

Avropada ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı irəli sürdüyü plan Rusiyanın maraqlarına xidmət edən “Troya atı” kimi dəyərləndirilir. Qitə paytaxtlarında hesab edirlər ki, son danışıqlarda əsas risk ABŞ-ın mübahisəli ərazilərdə silahsızlaşdırılmış zona yaratmaq ideyasıdır və bu mexanizm Kremlə gizli şəkildə qüvvə yerləşdirmək üçün örtük rolunu oynaya bilər.

Musavat.com xəbər verir ki Bloomberg agentliyinə danışan, lakin anonim qalmaq istəyən mənbələrin bildirdiyinə görə, belə bir ssenaridə Moskva ABŞ-ın verdiyi təhlükəsizlik zəmanətlərini faktiki olaraq pozaraq, hibrid üsullara, o cümlədən saxta bayraq əməliyyatlarına əl ata və yeni hərbi eskalasiya üçün zəmin yarada bilər.

Mənbələrin sözlərinə görə, Rusiya Ukrayna qoşunlarının Kiyevin nəzarətində olan bəzi ərazilərdən çıxarılmasından da öz xeyrinə istifadə etməyə cəhd göstərə bilər. Bu isə Avropa üçün qarşıdakı günlərdə və həftələrdə əsas prioriteti müəyyənləşdirir: istənilən sülh razılaşmasında Rusiyanın mümkün “Troya atı” mexanizminin yer almamasını təmin etmək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR