Avropada ABŞ prezidenti Donald Trampa münasibət sürətlə pisləşir.
Musavat.com xəbər verir ki, Le Grand Continent / Cluster-in ən son sorğusuna görə, respondentlərin 48 faizi Trampı “Avropanın düşməni” hesab edir. Bu, cəmi bir ay ərzində 4 faiz artım deməkdir və tendensiyanın getdikcə gücləndiyini göstərir.
Sorğu göstərir ki, Trampın Avropa üçün təhlükə olması fikri artıq bir sıra əsas ölkələrdə üstünlük təşkil edir:
Belçika – Respondentlərin təxminən 62%-i Trampı təhlükə hesab edir.
Fransa – 57%.
İspaniya – Respondentlərin böyük əksəriyyəti eyni mövqedədir.
Musavat.com






