İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa və ABŞ Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇİR

630 06.09.2025 14:03 Siyasət A A

Avropa İttifaqı rəsmiləri sentyabrın 8-də Vaşinqtonda Rusiyaya qarşı sanksiyalarla bağlı danışıqlar aparacaq.

Musavat.com xəbər verir ki, məlumatı "Associated Press" yayıb.

Qeyd olunur ki, nümayəndə heyətinə Aİ-nin sanksiyalar üzrə xüsusi elçisi David O'Sullivan başçılıq edəcək. Görüş ABŞ Maliyyə Nazirliyində baş tutacaq və burada Rusiyaya iqtisadi təzyiq alətləri, o cümlədən yeni sanksiyalar müzakirə olunacaq. Müzakirələrdə Dövlət Departamentinin, ABŞ Ticarət Nümayəndəliyinin Ofisinin və Ağ Evin rəsmiləri iştirak edəcək.

Bundan əvvəl Avropa Şurasının rəhbəri Antonio Kosta Aİ komandasının Rusiyaya qarşı sanksiyaları müzakirə etmək üçün ABŞ-a getməyi planlaşdırdığını açıqlamışdı. O, görüşün dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR