Avropada ilin ilk həftəsində yeraltı anbarlardan (YA) qaz istehlakı son beş ildə eyni günlərdəki orta göstəricidən iki dəfə çox olub.
Musavat.com Gas Infrastructure Europe-nin (GIE) məlumatlarına istinadən xəbər verir ki, yanvarın 7-də anbarlardan 1 milyard kubmetrə yaxın qaz götürülb. Bu, dekabrın sonlarındakı bir neçə gündə götürülən həcmlərdən sonra rekorddur.
Bu ilin istilik mövsümünə tam dolmayan anbarlarla daxil olan Avropada hazırda qaz ehtiyatları 63 milyard kubmetrə yaxındır. Bu, anbarların ümüumi tutumunun 58 faizindən azı deməkdir. Cari ehtiyat səviyyəsi son beş ilin orta göstəricisindən 14 faiz bəndi aşağıdır.
Avropada il region üçün çox sərt temperaturla başlayır. 2026-cı il yanvarın birinci yarısının sonunda temperaturun normadan 5 dərəcə aşağı və keçən ilə nisbətən 4 dərəcə soyuq olacağı gözlənilir. Son zamanlar qeydə alınan ən soyuq temperatur on beş il əvvəl, 2010-cu ilin yanvarında olub.
2026-cı ilin yanvar ayında maye qaz(LNG) idxalı əvvəlki ildən 20 faiz çox olmaqla 9,6 milyon tona çata bilər. Bu soyuq günlərdə LNG terminalları regionun elektrik şəbəkəsinə qaz tədarükünü artırır.
Hazırda Avropanın maye qaz terminalları gücünün 56 faizi ilə işləyirlər.
Musavat.com






