İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya” qalibindən Türkiyə ilə bağlı hər kəsi təəccübləndirən PAYLAŞIM - FOTOLAR

1916 17.05.2026 18:05 Şou-biznes A A

"Avroviziya - 2026" mahnı müsabiqəsinin qalibi olan Bolqarıstan təmsilçisi Dara Türkiyəyə xüsusi mesaj göndərib.

Musavat.com "Haberler.com" portalına istinadən xəbər verir ki, türk pərəstişkarlarına təşəkkür edən Dara, türk dilini öyrənməyə çalışdığını bildirib.

O, “Həyat yoldaşım türkdür, ona görə də gəlməmək olmazdı” ifadələri ilə diqqət çəkib:

“Türkiyəyə təşəkkür edirəm. Tezliklə yenidən gəlməyi çox istəyirəm. Həyat yoldaşım türkdür, ona görə də gəlməmək olmazdı. Vaxtım olduqca, demək olar ki, hər həftə bir az türk dili öyrənirəm. Gələn dəfə məndən müsahibə alanda sizi daha çox cümlə ilə təəccübləndirə bilərəm”.

Daranın bu sözləri qısa müddətdə türk pərəstişkarlarının böyük marağına səbəb olub. 

Qeyd edək ki, Bolqarıstan təmsilçisi Dara Avstriyada keçirilən "Avroviziya - 2026"da "Bangaranga" rəqs mahnısı ilə birincilik qazanıb.

Jüri və tamaşaçı səsverməsinin nəticələrinə əsasən 516 xal toplayan Dara müsabiqədə böyük fərqlə qalib gəlib. İsrail 343 xalla ikinci, Rumıniya isə 296 xalla üçüncü yerdə qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR