İnsanlara hürriyət, millətlərə istiqlal!

Avstraliyalı ekspertdən sensasional təklif: Azərbaycan NATO-ya...

12180 11.02.2026 23:55 Son xəbər A A

Avstriyada NATO üzrə siyasət və təhlükəsizlik məsələləri ilə məşğul olan ekspert Günter Fehlinger Azərbaycanın NATO-ya mümkün üzvlüyü ilə bağlı sensasion təşəbbüs irəli sürüb.

Musavat.com xəbər verir ki, Fehlinger — Avstriyada fəaliyyət göstərən təhlükəsizlik siyasəti üzrə analitik və NATO-nun genişlənməsi mövzusunda fəal tərəfdar olaraq tanınır. O hesab edir ki, Azərbaycan artıq uzun illərdir NATO ilə əməkdaşlıq edir, tərəfdaşlıq proqramlarında iştirak edir və regionda strateji əhəmiyyətə malik ölkə kimi çıxış edir. Fehlinger vurğulayıb ki, Azərbaycanın Alyansla münasibətlərini yeni səviyyəyə qaldırmaq həm Cənubi Qafqazda təhlükəsizlik, həm də Avropanın enerji və geosiyasi maraqları baxımından müsbət təsir göstərə bilər.

Onun fikrincə, Bakı NATO üçün yalnız tərəfdaş deyil, həm də regionda sabitlik və təhlükəsizlik məsələlərində mühüm rol oynaya biləcək potensiala malikdir.

 

Musavat.com

ce02cae1-5b01-4d9e-886f-8c75b936592a.jpg (70 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR