İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtobuslarda “Apple Pay” və “Google Pay” ilə ödəniş mümkün olacaq

588 20.12.2025 12:23 Ölkə A A

Bakı şəhərinin marşrut avtobuslarında sərnişinlər gediş haqlarını NFC-ni dəstəkləyən bütün yerli bank kartları, həmçinin "Apple Pay" və "Google Pay" vasitəsilə ödəyə biləcəklər.

Musavat.com xəbər verir ki, "BakıKart" kart, "BirBank" və "M10" QR vasitəsilə ödəniş imkanları da qüvvədə saxlanılır.

Bildirilib ki, ilkin mərhələdə NFC ödənişləri 500 nömrəli marşrut xəttində aktivləşdirilib:

"Sistem real istismar şəraitində sınaqdan keçirilir. Test mərhələsi uğurla yekunlaşacağı təqdirdə, növbəti günlərdə digər "BakuBus" marşrut xətlərində də mərhələli şəkildə tətbiq olunacaq. Daha sonra isə bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur".

Vurğulanıb ki, test müddətində kartlarda problem yaranarsa, alternativ yollardan istifadə edilməsi məsləhət görülür.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR