Azərbaycanın karate üzrə beşqat dünya və onbirqat Avropa çempionu Rafael Ağayev bir müddət əvvəl vəfat edən atası ilə bağlı duyğusal paylaşım edib.
Musavat.com xəbər verir ki, o, atası ilə fotosunu paylaşaraq bu sözləri yazıb:
“Hər addımında əziyyəti olan əziz atam, hər zaman qəlbimdə yaşayacaqsan”.
Qeyd edək ki, idmançının atası Mahir Ağayev iyulun 13-də səhhətində yaranan problem səbəbindən vəfat edib.
Könül
Musavat.com







