İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ayda 1 dəfə təyyarəyə minməsəm ürəyim partlayar"

1747 20.11.2025 02:19 Şou-biznes A A

Əməkdar artist Almaz Ələsgərova övladlarından danışıb.

"Qonaqcanlı" verilişində olan müğənni kiçik qızının onunla yaşadığını deyib. A.Ələsgərova bildirib ki, hər ay səyahət edir:

"İsrailə gedirəm. Yaxın dostumun toyuna dəvət almışam. Gedib gələndən sonra Avropaya gedəcəyəm. Qudalarım İspaniyaya köçüb. Gedib-gəlirik. Balaca qızım yanımdadır. O, da mənim kimi gedib-gəlir. 5 gün orada, 10 gün burada qalıram. Gəzməyi o qədər sevirəm ki, hobbimdir. Bir ayın içində təyyarəyə minməsəm ürəyim partlayar. Cavan vaxtlarımda köçmək istəyirdim. Amma indi 10 gündən artıq Bakıdan kənarda qala bilmirəm".

Qeyd edək ki, A.Ələsgərovanın böyük qızı ailəlidir və İsveçdə yaşayır. (axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR