İnsanlara hürriyət, millətlərə istiqlal!

Ayətullahlar rejimi xilas oldu? Trampın qərarını dəyişənlər bəlli oldu

1495 16.01.2026 02:04 Dünya A A

Vaşinqtondan gələn son siqnallar ABŞ–İran xəttində kəskin dönüşün baş verdiyini göstərir.

Musavat.com xəbər verir ki, AFP mənbələrinin məlumatına görə, Fars körfəzi ölkələri son anda “son dərəcə israrlı və hətta ümidsiz diplomatik səylər” göstərərək Donald Trampı İrana qarşı hərbi zərbədən imtina etməyə razı salıblar.

Məlumata əsasən, Səudiyyə Ərəbistanı, Qətər və Oman son dəqiqəyə qədər Ağ Evlə intensiv diplomatik kanallar vasitəsilə əlaqə saxlayıb. Məqsəd regionda genişmiqyaslı müharibənin qarşısını almaq və Tehrana “xoş niyyətini nümayiş etdirmək” üçün vaxt qazandırmaq olub.

Diqqətçəkən məqam odur ki, son 24 saat ərzində ABŞ prezidentinin İranla bağlı ritorikası kəskin şəkildə yumşalıb. Analitiklər bunu birbaşa Körfəz ölkələrinin təzyiqi ilə izah edir. Beləliklə, ayətullahlar rejiminə qarşı planlaşdırılan mümkün hərbi zərbə hələlik təxirə salınıb və proses diplomatik müstəviyə keçib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR