Səudiyyə Ərəbistanının “Əl-Nassr” futbol klubu portuqaliyalı ulduz Kriştiano Ronaldonun müqaviləsinin 2 il uzadıldığını rəsmən açıqlayıb.
Musavat.com xəbər verir ki, 40 yaşlı hücumçunun 2027-ci ilə qədər komandada qalacağı dəqiqləşib.
“Əl-Nassr” klubunun rəsmi sosial media hesabında yayımlanan paylaşımda futbolçunun fotoları ilə birlikdə “Hekayə davam edir” ifadələri yer alıb.
Müqaviləsinin başa çatmasına baxmayaraq, Ronaldo ilə yeni razılaşma əldə olunub. Klubla 2027-ci ilə qədər imzalanan bu yeni müqavilə ilə Ronaldo ən azı 42 yaşına qədər "Əl-Nassr" forması geyinəcək.
Qeyd edək ki, Kriştiano Ronaldo “Əl-Nassr”a 2022-ci ilin sonunda “Mançester Yunayted”dən ayrıldıqdan sonra transfer olunmuşdu. Bu müddət ərzində ulduz futbolçu 105 oyunda 93 qol vurub, 19 məhsuldar ötürmə ilə ümumilikdə 112 qola töhfə verib.
Musavat.com







