İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan millisi Dünya Kubokunda yarımfinala yüksəldi

468 06.06.2026 22:42 İdman A A

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Ratomir Deliçin baş məşqçi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan komandasının 18:16 hesablı qələbəsi ilə başa çatıb.

Komanda növbəti mərhələdə Fransa - ABŞ cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal və final qarşılaşmaları iyunun 7-də baş tutacaq.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR