İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL-ın Bakı-Moskva reysləri təxirə salınıb

724 08.05.2025 13:19 Ölkə A A

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Bakıdan Rusiyanın paytaxtı Moskvaya həyata keçirilməsi planlaşdırılan J2-181 (“Domodedovo” aeroportu) və J2-807 (“Vnukovo” aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.

"AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq. Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə aviaşirkət bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR