İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan 2026-cı ildə sülh sazişinin imzalanacağını gözləyir

559 04.12.2025 23:44 Ölkə A A

Musavat.com xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov rəsmi Bakının Ermənistanla sülh sazişini gələn il rəsmiləşdirməyi gözlədiyini bildirib. O, bu barədə Cenevrədə jurnalistlərə açıqlama verib.

Diplomatın sözlərinə görə, 2025-ci il bütün Cənubi Qafqaz, xüsusilə də Azərbaycan üçün tarixi mərhələ kimi yadda qalacaq. Çünki tərəflər “təxminən otuz illik münaqişə və qarşıdurmadan sonra” nəhayət ki, rəsmi sülh sazişinə yaxınlaşıblar.

Əmirbəyov bu prosesdə Vaşinqtonda avqust ayında keçirilən üçtərəfli sammitin rolunu xüsusi vurğulayıb. Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp münaqişənin bitməsi və regionda yeni siyasi səhifənin açılması istiqamətində mühüm sənəd imzalayıblar.

O deyib:

“Biz inanırıq ki, gələn il də çox əhəmiyyətli olacaq, çünki bu, bizə bu sülh sazişini rəsmiləşdirməyə imkan verəcək”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR