İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan diasporunun fəalı Ukraynada vəfat etdi

762 01.12.2025 10:12 Ölkə A A

Ukraynada Azərbaycan diasporunun fəalı, arxitektor və keçmiş siyasi xadim Nazim Mirzə oğlu Binnətov vəfat edib.

70 yaşlı azərbaycanlı İvano-Frankovskda uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Əslən Azərbaycanın Tovuz rayonundan olan N. Binnətov 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Qərbi Ukraynada fəal siyasi hərəkatda da olub.

O, İvano-Frankovsk Azərbaycanlıları Konqresinin qurucusudur.

İvano-Frankovsk Azərbaycanlıları Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, mərhumun nəşi dəfn olunmaq üçün Azərbaycana, Tovuz rayonuna göndərilib./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR