Rusiyalı politoloq Sergey Markedonov özünün “Donskoy Kavkaz” Telegram kanalında 2026-cı ildə Cənubi Qafqazın üç ölkəsi ilə bağlı təhlilə çıxış edib.
Musavat.com xəbər verir ki, Markedova görə, Ukrayna münaqişəsi fonunda bütövlükdə Qafqazın, xüsusilə Azərbaycan, Ermənistan və Gürcüstanın əhəmiyyəti nəzərəçarpacaq dərəcədə azalıb.
“Ermənistanda parlament seçkiləri gələn ilin ən mürəkkəb tapmacalarından biridir. Siyasi stratiqrafiya çox mürəkkəbdir. Nəqliyyat və logistika kommunikasiyalarının yenidən işə salınmasından tutmuş Azərbaycanla sülh sazişinə qədər bir çox regional məsələlər bu seçkinin nəticəsi ilə bağlıdır. Ola bilsin ki, Ermənistan tarixində ilk dəfə Bakı və Ankara bu oyunun əsas oyunçuları sırasına daxil olacaqlar. ABŞ və Aİ daha az fəaldır. Amma Ermənistanla Rusiya arasında gərginliyin daha da artdığını görsələr, çox sevinərdilər. Paşinyanın komandası təbii ki, Avropa Birliyindən dəstək alacaq. 2026-cı ilin mayında İrəvanda keçiriləcək 8-ci Avropa Siyasi Birliyinin sammitində Brüssel ya Ermənistana “ən qısa müddətdə” Şengenə vizasız giriş imkanı verəcək, ya da söz verəcək”.

Markedonov yazır ki, Ermənistanda seçkilərdə əsas mübarizə ideoloji olacaq: “Hakimiyyət rəqiblərini müharibə tərəfdarı kimi təqdim edəcək. Hökumətin “Real Ermənistan” layihəsi var. Siz bunu ələ sala və ya açıq şəkildə antimilli hesab edə bilərsiniz, lakin o, mövcuddur. Konkret qərarlar, taktiki gedişlər və hətta strateji plan da bu çərçivə ətrafında qurulur. Ermənistan müxalifəti birləşmir, birliyin mümkün olacağı ehtimalı da azdır. Müxalifətin zəifliyi həddən artıq emosionallıqda və konsolidasiya nöqtəsinin olmamasındadır”.
Rusiyalı politoloq hesab edir ki, Gürcüstanda seçkilər ötən il başa çatıb, bu da Tiflisə Moskva ilə substantiv dialoqa başlamaq üçün unikal imkan açılır: “Bu, təxminən 2028-ci ilin yazına qədər davam edə bilər. Yeni seçki dövrünədək. 2026-cı ildə bu ölkədə çox şey Qərbdən asılı olacaq”.

Markedonov yazır ki, 2026-cı ildə Azərbaycana gəlincə, ölkə heç kimin himayəsini qəbul etmədən “orta güclər liqasında” yerini təmin etməyə çalışacaq: “ Yalnız Türkiyə üçün — heç olmasa ictimai müstəvidə — istisna edilə bilər. Bu isə obyektiv olaraq yeni “emosiya böhranları”nın yaranması ilə bağlı risklər doğurur”.
Politoloq hesab edir ki, separatçı Abxaziyaya gəlincə, 2026-cı ildə respublikanın hakimiyyət orqanları və onların Moskva idarəçiləri ilkin uğurlarını möhkəmləndirməyə çalışacaqlar. Cənubi Osetiya bu məsələdə geri qalır. Amma 2026-2027-ci ildə prezidentlik kampaniyası olacaq, bu səbəbdən saxili siyasi həyat nəzərəçarpacaq dərəcədə intensivləşəcək”.
“ Rusiya üçün Qafqazda ötən ilin əsas nəticəsini belə düsturla ümumiləşdirmək olar: “iqtisadiyyatda irəliləyiş, siyasətdə çətinliklər”. Bəs 2026-da siyasəti necə qurmalı aktual sualdır” deyə, o bildirib.
Musavat.com






