Erməni sosial media səhifələri Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevlə bağlı video yayıb. Videoda səfirin Ermənistanın baş naziri Nikol Paşinyanı erməni dilində “Almaniyaya xoş gəlmisiniz” sözləri ilə salamladığı iddia edilir.
Musavat.com telegram kanallarına istinadən həmin videonu təqdim edir:
Qeyd edək ki, ötən gün Ermənistan baş naziri Nikol Paşinyan Berlində panel görüşündə iştirak edib və Cənubi Qafqazda baş verən proseslər barədə fikirlər səsləndirib.
Musavat.com






