İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Kembric Universitetinin təhsil proqramı üzrə rəsmi nümayəndəlik açılıb FOTO

619 09.07.2026 13:26 Sosial A A

Azərbaycanda və Qafqaz regionunda ilk dəfə olaraq Britaniyanın Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramının milli və regional rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb.

Musavat.com xəbər verir ki, bununla Kembric Universitetinin Beynəlxalq Müəllimlik İxtisası və Təhsil Liderliyi Diplom Proqramı (Educational Leadership Diploma Programme) üzrə beynəlxalq səviyyədə tanınan diplomunu əldə etmək mümkündür.

Layihənin təşəbbüskarı və nümayəndəliyin rəhbəri Tural Abasquliyev bildirib ki, məqsəd Azərbaycanda və regionda fəaliyyətlərini beynəlxalq standartlar əsasında quran qabaqcıl təhsil liderləri yetişdirməkdir:

"Bu nümayəndəliyin açılması ölkəmizin təhsil sisteminin inkişafı və qabaqcıl beynəlxalq təhsil məkanına inteqrasiyası istiqamətində mühüm addımdır. Fəaliyyətimizin Azərbaycan Respublikasında Təhsilin İnkişafına dair Dövlət Strategiyası sənədində nəzərdə tutulan, Azərbaycan təhsil sisteminin modernləşdirilməsi strategiyasına öz töfhəsini verəcəyinə inamımız tamdır".

Kembric Universitetinin Təhsil Liderliyi Diplom Proqramı məktəb idarəçiliyi, strateji planlaşdırma, liderlik, dəyişikliklərin idarə olunması, müəllimlərin peşəkar inkişafı və təhsildə keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətlərini əhatə edən nüfuzlu beynəlxalq proqramdır.

Nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycan və region ölkələrinin təhsil rəhbərləri beynəlxalq səviyyədə tanınan Kembric diplomunu əldə etmək imkanına sahib olacaqlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR