İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda üç elmi istehsalat birliyi ləğv edilib

970 08.12.2025 18:43 Ölkə A A

Elm və Təhsil Nazirliyinin tabeliyindəki "Nafta", "Aşqar" və "Kompozit" elmi istehsalat birlikləri ləğv edilib.

Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla Elm və Təhsil Nazirliyi "Nafta", "Aşqar" və "Kompozit" Elmi İstehsalat Birliyinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq zəruri tədbirlər görsün və nəticəsi barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası bu Qərardan irəli gələn digər məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR