İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda uşağa qulluğa görə müavinət avtomatik təyin olunacaq

4534 30.04.2026 23:53 Ölkə A A

Mayın 1-dən üç yaşınadək uşağa qulluğa görə müavinət avtomatlaşdırılmış qaydada təyin olunacaq.

Musavat.com Trend-ə istinadən xəbər verir ki, məsələ ilə bağlı müvafiq qərar 2026-cı il mayın 1-dən etibarən qüvvəyə minəcək.

Belə ki, dığortaolunanın qismən ödənişli sosial məzuniyyət əmri sığortaedən tərəfindən "Əmək və məşğulluq" altsistemində yaradıldıqda sığortaolunana üç yaşınadək uşağa qulluğa görə müavinət qanunvericiliklə müəyyən olunmuş məbləğdə avtomatlaşdırılmış qaydada təyin ediləcək.

Məlumat üçün bildirək ki, həmin məzuniyyət dövründə uşağa qulluq edən şəxsə bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək ona qulluğa görə isə 28 manat müavinət ödənilir.

Əlilliyi olan üç yaşınadək uşağa qulluğa görə müavinət qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş müavinət məbləğinin ikiqatı miqdarında verilir.

Uşaq üç yaşına çatanadək öldüyü halda müavinətin verilməsi uşağın öldüyü gündən, habelə sığortaolunanın öz xahişi ilə qismən ödənişli sosial məzuniyyət dövründə əmək müqaviləsinə xitam verildiyi və ya məzuniyyətdən öz arzusu ilə işə qayıtdığı tarixdən müavinətin verilməsi dayandırılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR