İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda Xalq Cəbhəsini kimlər yaradıb? - Nemət Pənahlı adlar çəkdi

5758 09.12.2025 12:57 Siyasət A A

Azərbaycan Milli Azadlıq Hərəkatının öncül isimlərindən sayılan, tanınmış siyasətçi Nemət Pənahlı MediaTurk.TV-nin efirindəki son çıxışında yenə də səs-küy yaradan açıqlamalar səsləndirib.

O, hələ ötən əsrin 80-cı illərinin sonlarından etibarən postsovet məkanında yaradılan xalq cəbhələrindən danışarkən Azərbaycanda da bu adda yaradılan təşkilatdan danışıb. Onun fikirləri geniş müzakirələr doğurub.

Musavat.com xəbər verir ki, Nemət Pənahlı bildirib:

"Xalq Cəbhəsini ilk yaradan adamlardanam. İdarə heyətində iştirak etmişəm. Xalq Cəbhəsinin ilk nizamnamə və proqramı mənim əlimdədir. Orada aydın şəkildə yazılıb ki, Xalq Cəbhəsi yenidənqurmaya yardım məqsədilə yaradılmış ictimai təşkilatdır. Orada heç bir yerdə milli azadlıq ifadəsi qeyd olunmayıb. O zaman milli azadlıq hərəkatı Çənlibeldə başlayanda artıq zallar tutmadı və proses küçələrə, meydanlara keçdi. Həmin dövrdə milli azadlıq hərəkatını pozmaq üçün Pribaltikadan gəlindi ki, xalq cəbhəsi yaradılır. 1988-ci il meydan hərəkatı vaxtı bunu ifşa etdim. Çıxışım var. Mən orada qeyd etmişəm ki, Xalq Cəbhəsi KQB-nin oyunudur, bu oyuna getmək olmaz. O adamları da xalq meydandan demək olar ki, kütləvi şəkildə döydü, qovdu.

Xalq Cəbhəsini yaradan deyəndə çoxları Elçibəyi düşünür. Amma bilirsiniz əslində bu ideyanı ölkəyə gətirən kimlərdir? Zərdüşt Əlizadə, Leyla Yunus, Araz Əlizadə, Əlikram Hümbətov və s. Mən bunları ifşa etmişəm. Biz o zaman dəqiq bilirdik ki, Xalq Cəbhəsini yaratmaqda məqsəd milli azadlıq hərəkatını boğmaqdır. Bunun üçün də biz cəmiyyəti aydınlatdıq. Onlar da meydandan qovuldu. Bu hadisənin də sonu olaraq həbs olundum".

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR