İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda yeni PUA hazırlandı -VİDEO

1568 21.04.2026 16:21 Gündəm A A

Azərbaycanda yeni pilotsuz uçuş aparatı (PUA) hazırlanıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-dən məlumat verilib.

Bildirilib ki, PUA Milli Aviasiya Akademiyasında istehsal olunub. 

“Akademiyanın peşəkar mütəxəssislərin yüksək keyfiyyətlə ərsəyə gətirdiyi bu qurğu texniki imkanları ilə seçilir”, - qurumdan qeyd olunub.

Dron Xəzər dənizində 10 kilometr məsafəyə qədər 10 kiloqramadək yük çatdırılması, eləcə də aeroçəkilişlər üçün nəzərdə tutulub.

Cihaz aeroçəkiliş rejimində 40 dəqiqə, fasiləsiz yükdaşıma rejimində isə 30 dəqiqə havada qala bilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR