Azərbaycandan Ermənistana benzin idxal edən ikinci şirkət “Shisha World” MMC olub.
Musavat.com bildirir ki, bu barədə erməni mediası yazıb.
Bildirilir ki, hüquqi şəxslərin dövlət reyestrinə əsasən, “Shisha World” MMC 100% Samvel Mkrtçyana məxsusdur. Şirkət 2022-ci ilin dekabrında yaradılıb.
Bundan əvvəl mətbuatda benzin idxal edən Azərbaycan şirkətinin “Sil” konserninin tərkibinə daxil olan “Mega Trade” şirkəti olduğu və Milli Məclisin “Mülki müqavilə” fraksiyasından olan deputatı Xaçatur Sukiasyanın ailəsinə məxsus olduğu barədə məlumatlar yayılıb. Bildirilir ki, “Mega Trade” Azərbaycandan 600 ton benzin idxal edib.
Xatırladılır ki, Azərbaycandan dəmir yolu ilə 22 vaqon dolusu premium benzin idxal edilib.
Dünən məlum olub ki, bu benzin Sukiasyanların şirkətinə məxsus “Run Oil” yanacaqdoldurma məntəqələrində litri 430 dram qiymətinə satılır.
Musavat.com






