İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın müttəfiqi yeni ittifaqda? – Maraqlı GƏLİŞMƏ

1097 11.02.2026 23:13 Region A A

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının ABŞ və İsrail birliyinə qarşı Rusiya-Türkiyə-Çin ittifaqının yaradılması təklifi əsas müzakirə mövzularından birinə çevrilib. Baxçalının ritorikasında ABŞ və İsrailə qarşı sərt mövqe, Türkiyənin uzun illər müttəfiqləri ilə yaşadığı etimad böhranına və təhlükəsizlik sahəsində qarşılaşdığı məhdudiyyətlərə etirazın ifadəsi kimi ortaya çıxır. NATO üzvü olan Ankaranın eyni zamanda, Moskva və Pekinlə yaxınlaşma axtarışında olması isə Türkiyənin balanslaşdırılmış və çoxvektorlu xarici siyasət kursunun yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Baxçalının təklif etdiyi ittifaq ideyası geosiyasi dinamikada maraqlı yanaşmadır: “Bu təşəbbüs qlobal qütbləşmənin artması fonunda Qərb hegemonluğuna qarşı alternativlərin axtarışı kimi səslənir. Siyasi baxımdan Baxçalının “şər koalisiyası” adlandırdığı ABŞ və İsrailə qarşı ittifaq təklifi Türkiyənin illərdir müttəfiqləri tərəfindən ayrı-seçkiliyə məruz qalmasına etirazdır. Nəticədə bu təklif Rusiyanın strateji maraqları ilə üst-üstə düşür. Xüsusilə qeyd etmək lazımdır ki, Baxçalının ideyası Türkiyənin siyasi müstəvisində həmişə kök salır. O, Prezident Ərdoğanın əsas müttəfiqi olaraq milliyyətçi və anti-Qərb mövqeyi ilə tanınır”.

Mütəllim Rəhimli Ədalət Partiyasında sədr olmaq istəyini AÇIQLADI |  Modern.az

M.Rəhimli qeyd edib ki, Türkiyənin NATO üzvlüyünə baxmayaraq, Baxçalı Rusiya və Çinlə yaxınlaşmanı təşviq edir, bu da Ankaranın balanslaşdırılmış xarici siyasət strategiyasına uyğun gəlir. Türkiyəni bu orbita çəkmək Rusiyaya Yaxın Şərq və Qara dəniz regionunda əlavə təsir qazandırar”.

Onun fikrincə, bu təşəbbüsün siyasi riskləri də var:.” Türkiyə üçün belə bir ittifaq NATO və Avropa Birliyi ilə münasibətləri daha da gərginləşdirə bilər. S-400 raket kompleksini alandan sonra Ankara F-35 proqramından çıxarılması və CAATSA sanksiyaları kimi problemlərlə üzləşib. Digər tərəfdən, Rusiya üçün bu, Qərbi zəiflətmək üçün faydalıdır, lakin Pekinin maraqları ilə üst-üstə düşməsi şübhəlidir. Çünki Çin Rusiyadan fərqli olaraq, Türkiyə ilə ticarət əlaqələrini prioritet hesab edir, lakin hərbi ittifaqdan çəkinir. Ümumilikdə, bu təklif çoxqütblü dünya nizamının formalaşması prosesini göstərir. Baxçalının təklifi, ritorika səviyyəsində qalsa da, Rusiya-Türkiyə-Çin əməkdaşlığını BRICS+ kimi formatlarda genişləndirə bilər. Lakin Türkiyənin Qərbdən asılılığı səbəbindən tam reallaşması çətin görünür. Bu indi daha çox strateji manevr kimi qiymətləndirilə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR