İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın qaz gəlirləri neftdən qazancına çatır - MÜHÜM GƏLİŞMƏ

1506 23.01.2026 18:06 İqtisadiyyat A A

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən 2025-ci ildə Azərbaycanın ixrac etdiyi qazın 1000 kubmetrinin orta qiyməti 350,23 dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bunu enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, 2025-ci il dövlət büdcəsində qazın ixrac qiyməti 242 dollar proqnozlaşdırılmışdı:

“2025-ci ildə Azərbaycanın xam neft ixracından gəliri 12,1 milyard dollar, təbii qaz ixracından gəlirləri isə 8,82 milyard dollar təşkil edib”.

Azərbaycanın neft-qaz gəlirləri 44%-dən çox azalacaq | ENA.az

Qeyd edək ki, hazırda Azərbaycan qazının əsas ixrac bazarı olan Avropada istehlak son on ilin ən yüksək səviyyəsinə çatıb. Kəskin hava şəraitində anbarlardan gündəlik 1 milyard kubmetrə yaxın qaz çəkilir. Son məlumata əsasən anbarlarda ehtiyatların həcmi 50 faizdən aşağı enməkdədir. Bu isə cari ildə yaz-yay mövsümündə anbarları doldurmaq üçün daha böyük həcmdə qaza ehtiyac yaranacağı və bu ehtiyac fonunda qiymətlərin yüksək olaraq qalacağı ehtimalını artırır.

Azərbaycanın 2026-cı il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən təbii qazın 1 000 kubmetrinin qiyməti BP şirkətinin təqdim etdiyi məlumata əsasən, 440 dollar götürülüb. Bu, 2025-ci illə müqayisədə 198 dollar və yaxud 81,8 faiz çoxdur.

Bu il həmçinin Azərbaycanın payına düşən karbohidrogenlərin satışından Dövlət Neft Fondunun (ARDNF) əldə edəcəyi xalis gəlirlərin 5 milyard 30 milyon dollar (8 milyard 551 milyon manat) təşkil edəcəyi proqnozlaşdırılır. Hesablama Palatasının Fondun 2026-cı il büdcəsinə dair rəyinə əsasən, bu göstərici 2024-cü ilin faktiki icra səviyyəsindən 2 milyard 910,4 milyon manat və ya 25,4 faiz, 2025-ci ilin proqnoz göstəricisindən isə 1 milyard 246,3 milyon manat və ya 12,7 faiz azdır.

Proqnoza əsasən bu il “Şahdəniz”dən Neft Fonduna 532,6 milyon dollar daxil olacaq.

Azərbaycanın müasir neft-qaz sənayesində yeni dövrün başlanğıcı - "İki  sahil"

Neft-qaz gəlirlərinin daxil olduğu digər mənbədə - dövlət büdcəsində bu il əsas hasilat yatağı olan AÇG-dən mənffət vergisinin kəskin azalacağı, “Şahdəniz”dən isə artacağı gözlənulir.

Belə ki, qəbul olunmuş büdcəyə əsasən 2026-ci ildə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG layihəsi üzrə mənfəət vergisi 300 milyon manat proqnozlaşdırılır. Bu, 2025-ci ilin proqnozundan 150 milyon manat və ya 33,3 faiz azdır. Bu azalma AÇG üzrə neft hasilatının 3,9 milyon barel (gündəlik 10,7 min barel) azalması, eyni zamanda, AzəriLight markalı xam neftin bir barelinin orta satış qiymətinin 65 dollar hesablanması, həmçinin əməliyyat və kapital xərclərinin artımı ilə bağlıdır.

“Şahdəniz” layihəsi üzrə isə bu il büdcəyə mənfəət vergisi şəklində 1 milyard 600 milyon manatın daxil olması proqnozlaşdırılır. Bu göstərici 2025-ci ilin proqnozu ilə müqayisədə 100 milyon manat və ya 6,7 faiz çoxdur. Qeyd etməyə dəyər ki, ötən ilin 9 ayında elə büdcəyə “Şahdəniz”dən illik proqnozdan xeyli çox - 1 milyard 748 milyon manat mənfəət vergisi daxil olub.

Bakının qaz gəlirləri kəskin artdı: neftə yaxınlaşır

Enegetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9 milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron” yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr olub. Bundan 12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetr Gürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.

Bu il isə qaz hasilatında azalma gözlənilir. Belə ki, büdcə sənədinə əsasən 2026-cı ildə Azərbaycanda qaz hasilatının ümumi həcminin 48 milyard 437 milyon kubmetr olacağı proqnozlaşdırılır. Bunun 38 milyard 8,4 milyon kubmetri əmtəəlik qazın payına düşəcək. Bu isə o deməkdir ki, əmtəəlik qaz hasilatının həcmi 2025-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 1,6 faiz azalacaq.

Dünya,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR