İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı şahmatçıdan tarixi qələbə: dünya çempionunu məğlub etdi - VİDEO

646 19.06.2026 16:35 İdman A A

Azərbaycan şahmatçısı Aydın Süleymanlı Honkonqda keçirilən Dünya Komanda Sürətli Şahmat Çempionatında möhtəşəm uğura imza atıb.

Musavat.com xəbər verir ki, 21 yaşlı qrossmeyster yarışın 10-cu turunda dünya reytinqinin lideri, beşqat dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən partiyada Aydın Süleymanlı titullu rəqibini məğlub etməyi bacarıb. Bu nəticə turnirin ən böyük sensasiyalarından biri kimi qiymətləndirilir.

Şahmat üzrə 16-cı dünya çempionu və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) reytinq cədvəlinin lideri olan Maqnus Karlsen 2005-ci ildən bəri ilk dəfə ardıcıl dörd partiyada uduzub.


Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR