İnsanlara hürriyət, millətlərə istiqlal!

Bağdad vasitəçi rolunda: İraq XİN rəhbəri Tehrana gedir – ABŞ–İran gizli dialoqu gündəmdə

677 17.01.2026 20:00 Dünya A A

İraqın xarici işlər naziri Fuad Hüseyn sabah rəsmi səfərlə İrana yollanacaq.

Musavat.com xəbər verir ki, mənbələrin məlumatına görə, səfərin əsas məqsədi regional təhlükəsizlik məsələlərini, ikitərəfli münasibətləri və İraqın Vaşinqtonla Tehran arasında birbaşa danışıqların təşkili istiqamətində gördüyü səyləri müzakirə etməkdir.

Bildirilib ki, səfər çərçivəsində Fuad Hüseyn İranın xarici işlər naziri Abbas Əraqçı, eləcə də bir sıra yüksəkrütbəli rəsmi şəxslərlə görüşəcək.

Musavat.com qeyd edir ki, danışıqlarda Yaxın Şərqdə artan gərginlik, təhlükəsizlik riskləri və diplomatik mexanizmlərin aktivləşdirilməsi xüsusi yer tutacaq.

Siyasi müşahidəçilər hesab edirlər ki, İraqın ABŞ və İran arasında vasitəçilik təşəbbüsü regionda mümkün eskalasiyanın qarşısının alınması baxımından mühüm addım sayıla bilər və bu səfər Tehranın Vaşinqtonla təmaslara münasibətini aydınlaşdıracaq.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR