İnsanlara hürriyət, millətlərə istiqlal!

Bahalı kofelərdən imtina: ev kofesi qalib gəlir

558 14.12.2025 15:11 Dünya A A

ABŞ-da ənənəvi kofe dükanları yaxın illərdə tamamilə sıradan çıxa bilər.

Musavat.com
xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

İmtinanın səbəbi isə gənc nəslin kofein istehlakından tədricən uzaqlaşması və bahalı kafe kofesinin əvəzinə evdə hazırlanan daha ucuz alternativləri seçməsidir.

Məqalədə qeyd olunur ki, uzaqdan iş rejiminin geniş yayılması insanların mətbəxlərində şəxsi “kofe guşələri” yaratmasını sürətləndirib. Bunun nəticəsi olaraq ABŞ-da kofe maşınlarının satışı son dövrlərdə 50 faiz artıb.

Digər mühüm amil isə qiymətlərdir. İstehlakçılar kafe və kofe şəbəkələrində yüksək qiymətlərə artıq dözmək istəmirlər. Onlar supermarketlərdən alınan daha ucuz kofeni evdə hazırlamağa üstünlük verirlər.

Bu tendensiya davam edərsə, illərdir şəhər həyatının ayrılmaz hissəsi sayılan kofe dükanları ciddi böhranla üzləşə, hətta bazardan tamamilə çəkilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR