Türkiyənin tanınmış aktrisası Hayal Köseoğlu şəxsi həyatı ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, SHOW TV-də yayımlanan və böyük maraqla izlənilən “Bahar: Çiçek Açmaya Hazır Mısın?” serialında Maral obrazını canlandıran aktrisa uzun müddətdir sevgilisi olan aktyor Nezir Çınarlıdan evlilik təklifi alıb.
Məlumata görə, Nezir Çınarlı bu özəl addımı Hayal Köseoğlunun ad günündə atıb. Aktrisa sevgilisinin evlilik təklifinə “Bəli” cavabını verib. Xoş xəbəri Hayal Köseoğlu şəxsi sosial media hesabında paylaşaraq sevincini izləyiciləri ilə bölüşüb.
Bir müddətdir həmkarı Nezir Çınarlı ilə münasibətdə olan cütlüyün evlilik qərarı pərəstişkarları tərəfindən böyük maraq və xoş arzularla qarşılanıb.
Qeyd edək ki, Hayal Köseoğlu həm aktyorluğu, həm də sosial mediada aktivliyi ilə tez-tez gündəmdə yer alır.
Könül
Musavat.com







