İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və Tehran arasında YENİ DÖVR – “Vəliəhd” İrana qayıtsa...

2064 17.01.2026 08:00 Region A A

İranın sonuncu şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi sosial şəbəkə üzərindən növbəti çıxışını yayıb. Pəhləvi dünya ictimaiyyətinə bəyan edib ki, İslam Respublikasının boyunduruğu altında olan İran zehinlərdə terrorizm, ekstremizm və yoxsulluqla eyniləşdirilir. Amma əsl İran fərqlidir: gözəl, sülhsevər və çiçəklənən bir ölkə.

“Bu həmin İrandır ki, İslam respublikasından əvvəl mövcud olub, indiki rejim çökdüyü gün küllərindən həmin İran doğulacaq. Yəni bu rejimin süqutundan sonra İran öz qonşularına və dünyaya qarşı necə azad davranacaq açıq şəkildə deyim: təhlükəsizlik və xarici siyasət sahəsində İranın nüvə hərbi proqramı başa çatacaq. Terror qruplaşmalarına dəstək dərhal dayandırılacaq. Azad İran terrorizm, mütəşəkkil cinayətkarlıq, narkotik qaçaqmalçılığı və ekstremist islamçılığa qarşı mübarizə aparmaq üçün regional və qlobal tərəfdaşlarla əməkdaşlıq edəcək. İran bölgədə dost və sabitləşdirici qüvvə kimi çıxış edəcək. Və qlobal təhlükəsizlikdə məsuliyyətli tərəfdaş olacaq. Diplomatiyada ABŞ-la münasibətlər normallaşacaq, Amerika və xalqı ilə dostluğumuz yenidən canlanacaq. İsrail dövləti dərhal tanınacaq”.

Rza Pəhləvi ilə görüşdən sonra İranla danışıqlar dayandırıldı

Bəs o halda Bakı-Tehran münasibətləri hansı istiqamətdə inkişaf edəcək? Azərbaycan-İran əlaqələri Pəhləvi dönəmində yaxşılaşa bilərmi və bu siyasət İsraillə bağlı özünü necə göstərəcək?

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a açıqlamasında cənub qonşumuzun ciddi sınaq qarşısında olduğunu qeyd edib:

“İranda etirazlar başlayandan dərhal sonra devrilmiş İran şahının oğlunun fəallaşması və böyük dövlətlərdən hakimiyyətə gəlmək üçün dəstək istəməsi əslində, İranda tam şəkildə rejim dəyişikliyi üçün mübarizə aparan insanların bir çoxunda hiddət oyadıb. Bu da hazırkı rejimin istəklərinə uyğundur. Şah rejimi dövründə yaşamış insanların sayı İranda on milyonlarladır və həmin insanlar o dövrdə baş verənlərdən, hakim ailənin əməllərindən məlumatlıdırlar. Yəni şahın oğlunun bu aktivliyi və bir çox xarici dairələrin onunla təmasları İranda mühafizəkar dairələrin təbliğat üçün əllərinə yaxşı imkan verib. O səbəbdən, onun İranda hakimiyyətə gəlmək perspektivləri yox dərəcəsində görünür”.

 

Güney Azərbaycan ayaqda - VİDEO

Ekspertə görə, ölkədə hadisələr daha da böyüyərsə və nəticədə kənardan körüklənməklə vətəndaş müharibəsinə keçərsə, o zaman şahın oğlunun İrana qayıdışı istisna deyil:

“Amma hadisələrin bu inkişafı heç kimi qane eləmir. Çünki İran Suriya deyil”.

Onun fikrincə, şahın oğlu gələrsə, Tehran və Bakı münasibətlərinin necə olacağı sual altında olacaq:

“Münasibətlər diplomatik səviyyədə davam edəcək. Əgər Pəhləvinin gəlişi ilə xalqların öz müqəddəratı uğrunda mübarizə başlayarsa, o zaman münasibətlərin necə olacağını demək çətindir”.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR