Vaşinqtonda imzalanan sənədlərin 3 əsas istiqaməti var: Ermənistan və Azərbaycan arasında normallaşma və sülh prosesi; ABŞ-Azərbaycan əlaqələrinin inkişafı, o cümlədən strateji tərəfdaşlıq sənədinin imzalanması; əvvəlki iki istiqamətdən irəli gələn Cənubi Qafqazda sülhün bərqərar olunması, əməkdaşlığın genişlənməsi, nəqliyyat yollarının inşası və digər məsələlər.
Musavat.com xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci Forumu çərçivəsində jurnalistlərə açıqlamaaında deyib.
Onun sözlərinə görə, hazırda ABŞ-nin regiona marağında yenidən canlanma var:
“Təbii ki, bundan istifadə etmək istərdik. Hesab edirəm ki, həm Azərbaycan, həm də ABŞ üçün burada müvafiq siyasi və iqtisadi imkanlar var”.
Nigar HƏSƏNLİ,
Musavat.com






