İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının ətraf mühitin mühafizəsi üzrə İşçi qrupunun iclası keçirilir  

440 10.12.2025 11:49 Ölkə A A

Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə ətraf mühitin mühafizəsinə dair İşçi qrupunun iclası keçirilir. Tədbirdə “ICAO”nun ətraf mühit strategiyası, dövlətlərin emissiyaların azaldılması üzrə fəaliyyət planları təqdim olunur, bu sahədəki son yeniliklər müzakirə edilir.

 İclas ətraf mühitin mühafizəsinə dair “ICAO”nun Uzunmüddətli Arzuolunan Məqsədlərə nail olmağa yönələn proqramının həyata keçirilməsində dövlətlər və digər maraqlı tərəflər üçün təcrübə mübadiləsində platforma rolunu oynayır.  

3 gün davam edəcək tədbirdə, həmçinin “ICAO”nun beynəlxalq aviasiyada karbon emissiyalarının kompensasiyası və azaldılması, dayanıqlı aviasiya yanacağı strategiyaları və digər aktual məsələlər diqqət mərkəzində olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR