İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda leysan: qəsəbələri su basdı, azyaşlı yaralandı - Video

1550 10.12.2025 20:16 Ölkə A A

Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava paytaxtın həyatını iflic edib. Bu gün Bakıda güclü leysan nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə hərəkət tam çətinləşib. Sakinlər evlərindən çıxmaqda belə çətinlik çəkdiklərini bildirirlər.

Musavat.com xəbər verir ki, xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.

Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdır. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır.

Musavat.com Türkan qəsəbəsindəki bu utancverici mənzərənin görüntülərini təqdim edir.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR