İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda qəza olub, xəsarət alanlar var

757 12.12.2025 03:52 Hadisə A A

Bakıda iki avtomobil toqquşub.

"Report" xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Porsche" və "Volkswagen" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Toqquşma zamanı avtomobillərdən biri ərazidəki qaz borusuna çırpılıb və yanğın baş verib. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR