İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda toy zamanı məşhur şadlıq evində yanğın oldu - VİDEO

1067 28.11.2025 12:37 Hadisə A A

Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.

Hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən "Grand Neon" şadlıq sarayında baş verib.

Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.

Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və zal boşaldılıb.

Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar./qafqazinfo

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR