Musavat.com xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram atəşfəşanlığı keçirilib.
Paytaxt sakinləri, eləcə də Dənizkənarı Milli Parka və mərkəzi küçələrə toplaşan insanlar bayram atəşfəşanlığını böyük maraqla izləyiblər. Tədbir gecə saatlarında şəhərdə xüsusi bayram ab-havası yaradıb.
Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib. Ərazilərdə yolkalar qurulub, müxtəlif Yeni il atributları və simvolları, həmçinin nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.
Musavat.com






