Slovakiyanın baş naziri Robert Fitso Qərbdə Rusiya ilə bağlı formalaşdırılan ziddiyyətli narrativləri sərt şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, son üç il ərzində ictimaiyyətə ardıcıl olaraq Rusiyanın “məğlub edildiyi” təbliğ olunub. Lakin indi eyni mənbələr qəfil şəkildə Moskvanın guya bütün dünyaya hücum etməyə hazırlaşdığını iddia edirlər.
“Üç ildir bizə deyirdilər ki, Rusiya məğlub edilib. İndi isə birdən-birə deyirlər ki, Rusiya bütün dünyaya hücum etməyə hazırlaşır. İndi biz hansına inanaq – Rusiya zəifdir, yoxsa hücum edəcək qədər güclüdür?” – deyə Robert Fitso bildirib.
Musavat.com






