İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: qutusu 1 manat

1460 30.06.2026 14:40 Ölkə A A

Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Bəs ən çox hansı məhsullar ucuzlaşıb?

Bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır.

Hazırda bəzi satış məntəqələrində çiyələyin bir qutusu 1 manata təklif olunur. Badımcanın 3 kilosu 1 manata satıldığı halda, bibərin qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 30-50 qəpik arasında dəyişir.

Satıcılar bildirirlər ki, mövsümi bolluq məhsulun artmasına, bu isə qiymətlərin enməsinə səbəb olub./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR